Aktrisanın reklamdan aldığı pullar hamını şok etdi

Aktrisanın reklamdan aldığı pullar hamını şok etdi

Türkiyənin tanınmış simaları qazancları ilə hamını təəccübləndirməyi bacarır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor Halit Ergenç bütün ona edilən reklam təkliflərini rədd edir. Səbəb isə yaratdığı "Sultan" obrazının imicinin qorunmasıdır. Buna görə də aktyor 2 il 6 ay müddətində 5 reklamda oynamaq üçün milyonluq təklifləri qəbul etmir. Ancaq həyat yoldaşı aktrisa Bergüzar Korel reklam təkliflərini dəyərləndirməkdə davam edir. Elə qazancının da böyük hissələrini reklamda oynamaq və ya böyük firmaların üz qabığı olması təşkil edir.

Qeyd edək ki, aktrisa Bergüzar Korel tək oynadığı reklamdan 600 min manat pul qazanır.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə