Yeni duet “Sənin üçün”

Estrada müğənilləri Nadir Qafarzadə və Ayan Babakişiyeva verdikləri sözün üstündə durdular. SİA-nın verdiyi xəbərə görə, ifaçılar yeni duet ifa ediblər. "Sənin üçün" adlı bəstə artıq radio dalğalarında səslənir.

Nəzərinizə çatdıraq ki, sözügedən mahnıya klipinin çəkiləcəyi isə duet ortaqlarının birgə qərarından sonra məlum olacaq.

Qeyd edək ki, mahnının müəllifi meyxanaçı Samirdir.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə