Daha bir cütlük boşandı

Türkiyənin məhşur cütlüyü aktyor Arda Esen və həyat yoldaşı jurnalist Pınar Esen boşanıblar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən cütlük də boşananlar arasına qatılıb. Aktyor isə media nümayəndələrinə bu sözləri söyləyib: "Bütün mətbuata deyirəm. Keçmiş həyat yoldaşım Pınar Esenlə 4 aprel 2013-cü ildə mədəni şəkildə, razılığa gələrək boşanmışıq".

Qeyd edək ki, aktyor Arda Esen və keçmiş həyat yoldaşı Pınar Esen 2005-ci ildə ailə həyatı qurublar və Güney adında bir oğlan övladları var.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə