Estrada müğənnisi Zamiq Hüseynov solo konsert verməyə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Bu şəhəri çox sevirəm" adı altında konsert proqramı ilə çıxış edəcək. Zamiqin konserti 18 sentyabr saat 21:00-da Yaşıl teatrda baş tutacaq. Konsert boyu sənətçi canlı ifalarını orkestrın müşayiəti ilə nümayiş etdirəcək.
Nəzərinizə çatdıraq ki, müğənni Zamiq Hüseynovun konsertinin biletlərinin qiyməti 10 manatdan 100 manata qədər dəyişir.
Qeyd edək ki, sözügedən konsert Zamiqin doğum günündə, yəni sentyabr ayının 12-də baş tutmalı idi. Ancaq müəyyən səbəblərə görə, konsertin vaxtı dəyişdirilib.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB