Meryem Uzerli hamilədir FOTO

Türkiyənin məhşur aktrisası Meryem Uzerli haqqında şok xəbər yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata əsasən, aktrisa 4 aylıq hamilədir.

Nəzərinizə çatdıraq ki, aktrisanın sevgilisi Can Ateşə jurnalistlərə açıqlamasında bu sözləri dilə gətirib: "Ayrıldığımız xəbəri doğrudur. Lakin Meryemin hamilə olmağı haqqında heç bir məlumatım yoxdur".

Onu da deyək ki, cütlüyün ayrılmağına səbəb kimi Can Ateşin uşaq istəməməsi göstərilir.

Qeyd edək ki, aktrisa Meryem Uzerli 4 ay bundan əvvəl "Muhteşem yüzyıl" serialını tərk edərək müalicə almaq üçün Almaniyaya üz tutmuşdu.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə