Jurnalistlər xalq artistini topa tutdular SORĞU

Hər zaman müğənnilərin sorğularını sizlərə təqdim edirdik. Bu dəfə isə ənənəmizə sadiq qalmayaraq sənətçilər haqqında jurnalistlərin fikirlərini öyrəndik. "Hansı ifaçını bəyənmirsiniz?" sualı altında sorğu keçirdik. Həmin sorğunu SİA oxucularına təqdim edirik:

Lalə Yusifqızı: "Mənəvi deyil, maddi dəyərlərlə öyünən savadsız, təkəbbürlü sənətçi hesab etdiyiniz müğənniləri sevmirəm. Konkret ad çəkmirəm, ona görə yox ki, qorxuram. Sadəcə bu qeyri-etikdir. Hamıda pis xüsusiyyət var. Lakin xalqa xidmət adına əxlaqsızlığın təbliğatını edən o növ insanlara antipatiyam var".

Ayşə Osmanova: "Əməkdar artist Aygün Bəylərdən qətiyyən xoşum gəlmir".

Aygül Rzayeva: "Xalq artisti İhamə Quliyevanı heç bəyənmirəm. Şou-biznesdə onun kimi nifrət etdiyim ikinci ifaçı yoxdur".

Əfruzə Ağayeva: " Xalq artisti İlhamə Quliyevanın nə səsini, nə də hərəkətlərini sevmirəm".

Təranə Anka: " Özündən çox razı olan müğənniləri sevmirəm. Səhnədə sənət göstərməkdənsə özlərini tərifləyirlər. Bunlardan biridə Könül Kərimovadır".

Aytən Həsənova: "Bir tək xalq artisti Brilliant Dadaşovadan xoşum gəlir. O, sənətçidən başqa, digər ifaçıları sevmirəm".

Arzu Umut: " Bütün müğənnilər mənim üçün əzizdir. Amma söz verib əməl etməyən sənətçiləri xoşlamıram. Bir vaxtlar sənətinə və özünə hörmət etdiyim Ağadadaş Ağayevi bəyənmirəm".

Ayəndə Dadaşova: " Bəlkə də yeganə jurnalist mən olaram ki, Teymur Mustafayevi bəyənməyən".

Nüşabə Novruzova: " Xalq artisti Zülfiyyə Xanbabayevanı bəyənmirəm".

Qeyd edək ki, jurnalistlər tərəfindən ən çox bəyənilməyən müğənni xalq artisti İlhamə Quliyeva oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə