Azərbaycanlı teleaparıcı İlham Mirzəyevin səhhəti yenidən ağırlaşıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı müalicə almaq üçün Türkiyəyə yola düşür. İflic olma təhlükəsi ilə üz-üzə qalan teleaparıcı bu sözləri söyləyib: "Bu ağır psixoloji zərbənin sarsıntısı təbii ki, keçmir. Aldığım xəsarət indi də özünü göstərir. Boyun nahiyəmdəki bıçaq yarası boynumda deformasiya yaradıb və iflic olma dərəcəsinə gətirib çıxarmaq üzrədir. Buna görə də bir müddət burda olmayacam və Türkiyədə müalicə alacam. İnşallah, müalicə aldıqdan sonra yenidən yarımçıq qoyduğum işlərimi davam etdirəcəm".
Qeyd edək ki, teleaparıcı İlham Mirzəyev iyun ayının 12-də axşam saatlarda işlədiyi televiziyadan çıxıb avtomobilinə yaxınlaşərkən, başqa maşından 4 nəfər düşərək aparıcını döyüb və bıçaqla ciddi xəsarət yetiriblər.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB