Klipmeyker Nail Naiboğlu məhşur meyxana ifaçıları İntiqam və Ehtiram Rüstəmov qardaşları üçün yeni vətənpərvərlik mövzusunda klip çəkib. SİA-ya açıqlamasında N.Naiboğlu bildirib ki, meyxana ifaçılarının oxuduğu "Vətənpərvər" adlı mahnı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə yazılıb və bu səbəblə də klip Prezidəntə həsr olunub.
Atəşgah abidəsində çəkilən klipdə İntiqam və Ehtiram Rüstəmov qardaşlarını milli geyimlərdə olan rəqs qrupu müşayiət edib. Çəkilişində 20 nəfərdən artıq texniki işçi çalışan klipin təqdimatı sentyabrda gerçəkləşəcək.
Qeyd edək ki, klipin operatoru Emin Hüseynov, prodüsseri Pərviz Oqtayoğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB