Sənətçi "Xəyanət edə bilmərəm”

Sənətçi "Xəyanət edə bilmərəm”

Azərbaycanlı rəqqasə və müğənni Sevda Sanaliyeva yenidən iş başına dönəcək. O, sentyabr ayından yaradıcılığına start verəcək. Bu haqda SİA-ya danışan Sevda bunları diqqətə çatdırıb: "3 il ərzində başım şəxsi işlərimə qarışdığına görə sənətim ikinci planda idi. Şəxsi həyatımı daha çox fikirləşirdim. Səhnədən uzaq düşsəm də, sənətimi heç vaxt ata bilmərəm. Yeni mahnılar yazdırmışam. İnşallah, sentyabr ayından efirlərdə olacam və fəaliyyətimi davam etdirəcəm. Bir sözlə, sənətdəyəm və işlərimə xəyanət edə bilmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə