İşğal olunmuş torpaqlarımızı belə yadda saxladılar SORĞU

İşğal olunmuş torpaqlarımızı belə yadda saxladılar SORĞU

Şou-biznes nümayəndələri ilə bu vaxtadək bir çox sorğular keçirmişik. Bu dəfəki sorğumuz fərqli mövzudadır. Onların Azərbaycan torpaqlarının 20% düşmən tapdağı altında qalmış əraziləri haqqında məlumatlarının olub-olmadığını maraqlanmaq istədik. Odur ki, "Hansı ərazilərimizi düşmənlər zəbt ediblər?" sualı altında sorğu keçirdik. Həmin sorğunu SİA oxucularına təqdim edirik:

Müğənni İlahə İbadova: "Xocalı, Zəngilan, Qubadlı, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Ağdərə, Ağdam kimi rayonlarımız ermənilər tərəfindən zəbt edilib. Özüm Qubadlıdanam. Tarixi məqamları öyrənməyi özümə borc bilirəm".

Müğənni və tarzən ifaçısı Humay Qədimova: "Cəbrayıl, Xocalı, Xankəndi, Xocavənd, Ağdərə, Zəngilan, Şuşa, Qubadlı, Laçın, Ağdam, Kəlbəcər, Füzuli ərzilərimizə hazırda gedə bilmirik. Buna səbəb qaniçən ermənilərin torpaqlarımıza yiyə durmasıdır. Onu da deyim ki, tariximizlə çox maraqlanıram".

Reper Elxan Zeynallı (Qaraqan): " Məndən niyə soruşursuz? Özünüz bilmirsiniz? Ağdam, Cəbrayıllı, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Zəngilan.

Stilist Samiraldo: "Cəbrayıl, Xocalı, Xankəndi, Xocavənd, Ağdərə, Zəngilan, Şuşa, Qubadlı, Laçın, Ağdam, Kəlbəcər, Füzuli kimi rayonlarımız işğal altındadır. Azərbaycanda yaşayırıqsa, hər şeydən xəbərimiz olmalıdır və İnşallah torpaqlarımızı ermənilərdən geri alaraq zəfər qazanacağıq".

Prodüsser Təranə Səmədova: "Ağdam, Xocalı, Füzuli, Şuşa, Laçın, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Xankəndi, Zəngilan kimi ərazilərimiz tapdaq altındadır. Füzuli ilə Cəbrayılın alınmasından 20 il ötür. Hətta bəzilərinin alınma tarixlərini də bilirəm".

Nəzərinizə çatdıraq ki, sualımızdan yayınan şou-biznes nümayəndələrinə də rast gəldik.

Sorğumuzda iştirak edən və etməyən şou-biznes nümayəndələrinin nəzərinə çatdıraq ki, 1992-ci illərdə Xocavənd, Xocalı, Şuşa, Laçın, 1993-cü illərdə isə Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ermənilər tərəfindən işğal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə