Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe yenə öz fərqliliyi ilə seçilməyi bacarıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi konsertinə ayaqqabı geyinməyib. Konserti izləməyə gələnlər isə bunu ifaçının çılğınlığı kimi qəbul ediblər. Lakin Yıldız həqiqətən ayaqqabılarını geyinməyi unudub. "Hastayım sana" adlı mahnı ilə konsertinə açılış edib və bu sözləri dilə gətirib: "Bu yay çox gözəl istirahət etdim. Ona görə də bol enerjim var. Özümü çox gümrah hiss edirəm".
Qeyd edək ki, sevilən ifaları və fərqli rəqsləri ilə Bodrumu coşduran Yıldız Tilbenin konsertini izləyənlər sənətçinin performansından razı qalıblar.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB