Məhşur müğənni səhnədə yıxıldı FOTO

Məhşur müğənni səhnədə yıxıldı FOTO

Türkiyə pop musiqisinin ulduzu Sezen Aksu konsert proqramı ilə səhnəyə çıxmaq istəyərkən ayağı büdrəyərək yıxılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi cangüdənlərinin köməkliyi ilə səhnə arxasına aparılıb. Həkimlərin müayinəsindən sonra səhnəyə çıxan Sezen Aksu bu sözləri dilə gətirib: "Əgər səhhətim pis olsaydı, səhnəyə çıxmayacaqdım. Uşaqlar da yıxılır. Narahat olduğunuzu bilirəm. Ancaq konsert təxirə salacaq qədər pis deyiləm. Jurnalistlərə də demək istəyirəm ki, təəssüflər olsun ki, həmin anı çəkə bilmədiniz".

Qeyd edək ki, Sezen Aksunun konsertinə məhşur simalardan müğənni Demet Akalın, Mustafa Sandal və həyat yoldaşı Emine Sandal, Zeynep Casalini, aktrisalardan Seda Güven, Tuba Büyüküstün və həyat yoldaşı aktyor Onur Saylak da olmaqla 2500 nəfərdən çox insan gəlib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə