Estrada müğənnisi Elnur Məmmədov gizli saxladığı vərdişlərindən söz açıb. SİA-ya açıqlama verən sənətçi bunları deyib: "İnsanlar içində özümü izləməyi sevmirəm. Tək olanda arxivlərimə baxıram. Mənim bir qanunum var. Evdə yemək yeyəndə masa arxasında heç kim olmamalıdır. Sağ olsunlar, evdəkilər də bu şəraiti yaradırlar. Səhər yeməyimi də, naharı da tək yeyirəm. Bu, vərdişdir. İstəmirəm udqunmağımı, çeynəməyimi kimsə görsün. Ona görə mən restoranda, toyda yemək yemirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB