Məhşur müğənni ikinci dəfə ata olur

Məhşur müğənni ikinci dəfə ata olur

Türkiyənin tanınmış müğənnisi Berdan Mardini ata olur. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı konsert proqramı ilə çıxış edərkən sözügedən xəbəri səhnədən onu izləyənlərə çatdırıb.

Nəzərinizə çatdıraq ki, sənətçinin 2009-cu ildə Yeliz adlı xanımdan qeyri-qanuni oğlu dünyaya gəlib. Həmin uşağı öz övladı kimi qəbul etsə də sənətçi soyadını ona verməyi düşünmür.

Qeyd edək ki, müğənni Berdan Mardini 10 fevral 2010-cu ildə Fatoş adlı qızla ailə həyatı qursa da, cütlük uzun müddət övlad həsrəti çəkib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə