Təşkilatçı-prodüsser Samir Xəttabı sosial şəbəkədə "maşennik" adlandıran müğənni Arzu Seyidzadə qarşı tərəfin onu dolandırdığını iddia edib. Müğənni SİA-ya açıqlamasında prodüsserin məhşur türk müğənnisi Davud Güloğlu ilə birlikdə konsertinin təşkili üçün 20 000 manat ödədiyini, lakin qarşı tərəfin buna əməl etmədiyini söyləyib. Sənətçi ittihamlarını belə əsaslandırıb: "Sözügedən konsertin təşkili ilə rəhbərlik etdiyim "HAS Production" şirkəti ilə təşkilatçı Samir Xəttab arasında müqavilə bağlandı. Samir Davud Güloğlunun Bakıda konsertini təşkil etməyinə söz verdi. Türkiyəli sənətçi ilə də eyni səhnəni mən bölüşməli idim. Müqavilənin şərtlərinə əsasən mən sifarişçi olaraq ona 17 500 manat ödəməli idim və əgər icraçı, yəni Samir Xəttab sifarişi yerinə yetirməsə, ödədiyim puldan əlavə olaraq mənə 20 000 manat təzminat ödəməlidir.
Ümumilikdə Samirə 20 000 manat pul vermişəm. Müqavilənin şərtlərinə əməl etmədiyi üçün 20 000 manat da əlavə ödəməlidir. Hazırda mənə 40 000 manat verməlidir. Hələ də nə verdiyim pulu, nə də təzminatı ala bilirəm. Hər dəfə "bu gün verəcəm", "sabah verəcəm"-deyərək məni aldadır. Samir pulu alsa da, mart ayından hər dəfə konsertin vaxtını dəyişdirərək bu günə qədər konserti təşkil etməyib. Bəlkə də heç Davud Güloğlunun bu məsələdən xəbəri belə yoxdur. Samir Xəttab maşennikin yekəsidir. Mənə qədər çox müğənniləri aldadıb. Hələ çoxlarını da aldadacaq. Ətrafına özü kimi 2-3 nəfəri yığıb, onun-bunun pulunu yeməklə məşğuldur".
Müğənni Arzu Seyidzadənin "maşennik" adlandırdığı təşkilatçı-prodüsser Samir Xəttab qarşı tərəfin ittihamlarını qəbul etməyib və özünü günahsız kimi qələmə verib: "Burada dələduzluq heç nə yoxdur, müqaviləmiz var. O, məni məhkəməyə verməkdən niyə çəkinir? Yalnız bölməyə verməklə kifayətlənir. İddiasını məhkəmədə qaldıra bilmir. Buna səbəb isə əlimdə sənəd və sübutların olmasıdır. Sübutlarımla bağlı geniş açıqlamanı Bakıya qayıtdıqdan sonra verəcəm".
Xatırladaq ki, sosial şəbəkələrdə təşkilatçı-prodüsser Samir Xəttab və Aygün Kazımova haqqında yayılan xəbərlərə Arzu Seyidzadə sərt reaksiya verib: "Şərəfsiz 20 000 manatımla özünü raskrutka edir. Pulumu almağı düşünürəm, bu maşennik, mənim pullarımla kef edir".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB