Teleaparıcı İlahə Nizamiqızı hazırda bölgələrin birində dincəlir. O, istirahətə övladları ilə birgə yollanıb. SİA-ya açıqlama verən İlahə oğlunun səhhətində yaranan problemə görə, xarici ölkəyə istirahətə gedə bilməyəcəyini söyləyib: "Hazırda qızım Nərmin və oğlum Hüseyinlə bölgələrin birində dincəlirəm. Bu il ölkədən çıxa bilmədim. Oğlumun səhhətində yaranan problemə görə həkim icazə vermədi. Yay tətilimi oğluma qurban verdim. Ondan dəyərli mənim üçün heç nə ola bilməz. İnşallah, ayın sonu həkimin icazəsi ilə övladlarımla Türkiyəyə üz tutacağıq".
Qeyd edək ki, teleaparıcı sentyabr ayında kanalların birində yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB