Sənətçi ana olmamaq təhlükəsi ilə üzləşdi

Sənətçi ana olmamaq təhlükəsi ilə üzləşdi

Uzun zamandır başı səhhətinə qarışan müğənni və rəqqasə Sevda Sanaliyeva xəstəliyə haqqında danışıb. O, qadın problemindən əziyyət çəkdiyini desə də, yaxşı olduğunu söyləyib. SİA-ya açıqlama verən Sevda ana olmaq istədiyini də xüsusi ilə vurğulayıb: "Bu aralar başım səhhətimə qarışıb. Bildiyimiz kimi, qadınların 80 % ana olmamaq ehtimalı ilə qarşılaşırlar. Mən də gələcəkdə ailə qurub ana olmaq üçün həkimə müraciət etmişəm və hazırda müalicə alıram. Onu da deyim ki, bəzi saytlar mənim adımdan istifadə edərək istədikləri kimi şəxsi həyatımı qələmə alırlar. Bu kimi xəbərləri oxuyanda mən və ailəm narahat oluruq. İnşallah, Allahın yardımı ilə ana olacam".

Qeyd edək ki, rəqqasə hazırda yaxın qohumları ilə birlikdə bağda istirahət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə