Müğənni Rəqsanə İsmayılova sentyabrın 10-11 tarixlərində konsert proqramı ilə çıxış etməli idi. SİA-nın verdiyi xəbərə görə, sözügedən konsertin danışıqları baş tutmayıb. Sənətçi sentyabr ayında prodüsser Tolikin təşkil etdiyi konsert proqramı ilə çıxış edəcək. Türkiyədən Bakıya bu məqsədlə gələn Rəqsanə İsmayılova planlarının icrasına başlayıb: "Nahid bəy dostumuzdur və onun layihəsinə kölgə salmaq niyyətim yoxdur. Sadəcə Toliklə planlaşdırdığımız konsertin üstündən xətt çəkmək istəmirəm. Düşündüm ki, müəyyən fasilədən sonra ən yaxşı konsert layihəm ola bilər".
Rəqsanə qızının sərgisindən və yeni albomundan da söz açıb: "Bir neçə aydır Türkiyədə hazır olan albomumun təqdimatını Aysunun moda sərgisində ortaya çıxaracam. Moskvadan tanınmış müğənni və maniken də qonağımız olacaq. Eyni zamanda türkiyəli heyət tərəfindən ekranlaşdırılan klipimi də təqdim edəcəm. Həmin Türkiyə kanallarında da nümayiş etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB