İfaçı xalq artistini illər öncəsinə qaytardı FOTO

İfaçı xalq artistini illər öncəsinə qaytardı FOTO

Hazırda Türkiyədə yaşayan estrada ifaçısı İradə İbrahimova illər öncə xalq artisti Aygün Kazımovanın repertuarına daxil etdiyi bəstəyə müraciət edib. SİA-nın verdiyi məlumata görə, o, xanım Kazımovanın "İndi sənsiz" adlı mahnısını yeni aranjimanda ifa edib.

Nəzərinizə çatdıraq ki, mahnının sözləri Xuraman Vəfaya, musiqisi isə Xanım İsmayılqızına məxsusdur.

Qeyd edək ki, "İndi sənsiz" mahnısı 2011-ci ildə lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə