İlk dəfə ailəsindən danışdı FOTO

İlk dəfə ailəsindən danışdı FOTO

Hər zaman ailəsini mediadan uzaq tutmağa çalışan Elnar Xəlilov şəxsi həyatı barədə danışıb. Bu haqda SİA-ya məlumat verən sənətçi oğlundan da söz açıb: "Şəxsi həyatımı gündəmə gətirməyi və ailəm haqqında danışmağı sevmirəm. Sadəcə olaraq deyə bilərəm ki, Yusuf adlı oğlum var. Oğluma dini ad seçməyimə səbəb isə Allaha ibadət etməyimdən irəli gəlir. Onu da deyim ki, İslam dini ilə bağlı saysız-hesabsız dərəcədə kitablar oxuyuram".

Nəzərinizə çatdıraq ki, müğənni 2012-ci ildə oktyabr ayında ailə həyatı qurub.

Qeyd edək ki, Elnarın hazırda başı yeni mahnılar yazdırmağa və klip çəkdirməyə qarışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə