Azərbaycanlı müğənni-bəstəkar Tunar Rəhmanoğlu özünə biznes qurmaq qərarına gəlib. İfaçının prodüsseri SİA-ya açıqlama verərək Tunarın səsyazma studiyası açmaq istədiyini söyləyib: "Sənətçi Azərbaycan studiyalarında edilən aranjimanları bəyənmədiyi üçün, öz şəxsi studiyasını açmaq qərarına gəldi. Hazırlıq işləri gedir. Çox fərqli və yüksək səviyyədə avadanlıqlar var. Ən azından bir mahnını yazdırmaq üçün Türkiyəyə üz tutmağa ehtiyac qalmayacaq. Onu da deyim ki, sənətçi sözügedən studiyanı qardaşım Rəşad Bağırovla birgə işlədəcək".
Qeyd edək ki, Tunar Rəhmanoğlu yaxın günlərdə solo konsert verməyi düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB