Beyons rəqiblərini geridə qoydu

Amerikanın məhşur müğənnisi Beyons bir çox həmkarlarını geridə qoyaraq ətir biznesindəki gəlirinə görə birinci sıradadır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-da ən çox Beyonsun ətiri satılır. 2010-cu ildən bu günə qədər satışa çıxarılan parfüm dünya ulduzuna 400 milyon dollar gəlir qazandırıb.

Qeyd edək ki, dünya şöhrətli ulduzlar Britni Spirs, Madonna, Demi Moore, Kati Perri və Beyons öz adlarını daşıyan ətirlər yaradıblar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə