“Qarabağdan Anadoluya könül körpüsü”

“Qarabağdan Anadoluya könül körpüsü”

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Hacı Səbuhi Rəcəbin təsis etdiyi "12 May" Groupun dəvəti ilə Azərbyacana təşrif buyurmuş türk sənətçisi Başkalın konsert səfəri davam edir. İctimai Birlik və "12 May" Groupun "Qarabağdan Anadoluya könül körpüsü" layihəsinin təqdim etdiyi "Birlik və bərabərlik" adı altında gerçəkləşdirilən bu kəs Başkal bəyin konsert proqramı Tovuz rayonundan sonra Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınları üçün təqdim edilib. Konsert Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayon qərargahında baş tutub. Konsertdə millət vəkilli Qənirə Paşayeva, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, "12 May" Groupun təsisçisi və rəhbəri Hacı Səbuhi Rəcəb və digər ictimai xadimlər iştirak ediblər. A. Məmmədov açılış edərək kəlbəcərlilərə göstərilən qayğı və diqqət üçün Q. Paşayevaya və konsert təşkilatçılarına minnətdarlığını bildirib.

Çıxış üçün söz millət vəkili Qənirə Paşayevaya verilib: "Əziz kəlbəcərlilər, mən də sizin kimi özümü kəlbəcərli hesab edirəm. Çünki neçə ki, torpaqlarımız işğal altındadır. Biz o işğal altında olan rayonlarımızın da vətəndaşı hesab olunuruq".

Sənətçi Başkal bəy, tamaşaçıları salamladıqdan sonra repertuarında yer alan sözləri və musiqisi özünə aid "Ah, Qarabağ", "Şəhidlər ölməz", "Oğlum", "Çanakkale", "Kərkük türküsü" və s. mahnıları ifa edib. Ardından əməkdar artist Elza Seyidchanı səhnəyə təşrif buyurub. Sənətçilər əvvəl "Qubanın ağ alması" və "Daşlı qala" Azərbaycan xalq mahnılarını ifa ediblər. Ardından E. Seyidcahan repertuarından sözləri Cavidə aid "Üzülmə", "Oğlan" və sözləri Qənirə Paşayevaya aid "Azərbaycan odası"nı ifa edib.

Daha sonra heyət proqram çərçivəsində Tərtər rayonuna yola düşüb. Konsert öncəsi millət vəkili Qənirə Paşayeva, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, "12 May" Groupun təsisçi-rəhbəri Hacı Səbuhi Rəcəb, sənətçilər Başkal, Elza Seyidcahan və İcra Hakimiyyətinin bir neçə nümayəndəsi N saylı hərbi hissəyə təşrif buyurub, zabit və əsgər heyəti ilə görüş keçiriblər. Görüş zamanı zabit və əsgərlərə xatirə olaraq Qənirə xanımın kitabları hədiyyə edilib.

Konsertdə çıxış olaraq açılış sözünü rayonun İcra başçısı C. Cəfərov edib. Millət vəkilinə təşəkkür etdikdən sonra Başkal bəyin yazdığı "Ah, Qarabağ" mahnısından, ona çəkilmiş təsirli klipdən danışıb.

Daha sonra Qənirə Paşayevaya söz verilib. O, da öz çıxışında türk sənətçisinin Azərbaycana və xalqımıza bağlılığından söhbət açıb. Səhnəyə gələn sənətçiyə icra başçısı tərəfindən Türk Dövlətlərinin bayraqları və Dədə Qorqudun əksi təsvir edilmiş rəsm əsəri, Azərbaycanın bayrağı və əzmkarlıq rəmzi olan simvolik bıçaq təqdim edilib. Sənətçi mahnıları ilə tamaşaçılarda coşqu yaradıb. Eləcə də Elza Seyidcahanla Azərbaycan mahnılarından ibarət bir neçə duet ifa edib. Konserti əməkdar artistin çıxışı ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağdan Anadoluya könül körpüsü" layihəsinin təqdim etdiyi "Birlik və bərabərlik" adı altında gerçəkləşdirilən türk sənətçisinin bu gün Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 20.00-da yekun konserti baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə