“Recep İvedik 4” gəlir

Türkiyənin tanınmış aktyoru Şahan Gökbakar yenidən kamera qarşısına keçəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor "Recep İvedik 4" filmini çəkməyə qərar verib. Şahan şəxsi "Twitter" səhifəsində bu sözləri yazıb: "Artıq "Recep İvedik 4" ün ssenarisini yazmağa başlamışam. İnşallah, hər şey yaxşı olar".

Qeyd edək ki, Şahan Gökbakar "Celal ilə Ceren" filminin 2-ci hissəsinə də "start" verməyi planlaşdırır.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə