Ailəsi ilə birgə Türkiyədə olan müğənni Nadir Qafarzadə istirahətini başa vuraraq, Bakıya qayıdıb. Bu barədə SİA-ya müğənni özü məlumat verib: "Nəhayət, paytaxta qayıtdım. Çünki Bakıda görüləsi çox işlərim var idi. Məndən aslı olsaydı, bir az da dincələrdim. İstirahətdə olduğum müddətdə şou-biznesin qeybət və səs-küylərindən uzaq idim. İstirahət müddətimdə həm ziyarət, həm ticarət deyib, Türkiyədə yaradıcılıq işlərimə də fasilə vermədim. Yeni mahnılar yazdırıb, aranjiman etdirdim. Gözlənilməz layihələr hazırlayıram. Öncədən söyləmək istəmirəm. Amma bircə onu deyim ki, gözləməyə dəyər. Bundan əlavə sentyabrın 13-də "Yaşıl Teatr"da baş tutacaq konsertimə hazırlıq prosesi gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB