Serial aktyorları nə qədər qazanır? SORĞU-FOTO

Serial aktyorları nə qədər qazanır? SORĞU-FOTO

Sentyabr ayının yaxınlaşması ilə türk serialları yenidən ekrana gələcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yeni mövsümdə tamaşaçıları çəkilən seriallara bağlamaq və rəqabətdə qalib gəlmək üçün prodakşınlar maddiyyatdan çəkinmirlər. Sentyabr ayından ekrana gələn serialları və həmin seriallarda rol alan aktyor və aktrisaların alacağı məbləğləri sizlərə təqdim edirik:

"Çalıkuşu" serialında rol alan aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen hər bölümə görə 40 min türk lirası pul alacaq.

Aktyor Çağatay Ulusoy və aktrisa Serenay Sarıkayanın rol aldığı serial isə "Medcezir" adlanır. Sözügedən serialın hər bölümündən Çağatay 30 min lira, Serenay isə 25 min türk lirası pul qazanacaq.

Başqa bir serial isə "Sırlar"dır. Baş rolunu aktyor Mete Horozoğlu 25 min, aktrisa Aslı Enver isə 20 min türk lirası pul alacaq.

"A.Ş.K" serialında aktrisa Hazal Kaya hər bölümə görə 40 min lira, aktyor Hakan Kurtaş isə 15 min türk lirası qazanacaq.

Aktyor Kıvanç Tatlıtuğ və aktrisa Zeynep Farahın rol aldığı "The O.C" serialından Kıvanç 65 min, Zeynep isə 25 min türk lirası pul veriləcək.

"Fatih" serialından aktyor Mehmet Akif Alakurt hər bölümə 30 min, aktrisa Gamze Özçelik isə 25 min türk lirası pul alacaq.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə