Azərbaycanın əməkdar artisti Teymur Əmrah duet oxumaq qərarına gəlib. Hətta duet ifa etmək istədiyi qadın sənətçisinin adını da açıqlayıb. Bu haqda SİA-ya danışan vokal ifaçısı bu sözləri dilə gətirib: "Bu yaşıma kimi cəmi 2 nəfərlə, dünya şöhrətli müğənni Xuraman Qasımova və xalq artisti, müəlliməm Flora Kərimova ilə duet oxumuşam. Flora xanımla ilk duetim "Nə sən günahkarsan, nə də mən" adlı mahnı olub.
Onu da deyim ki, müğənni Günay İbrahimlinin səsi xoşuma gəldiyinə görə yenidən duet oxumaq fikrinə düşmüşəm və qərara gəlmişəm ki, onunla birgə retro mahnısı ifa edək. İnşallah, bəstələrdən birini yeni aranjimanda Günay xanımla oxuyacam. Mən Günay xanımdan nisbətən yaşlı olduğum üçün maliyyə tərəfindən gərək dəstək olsun. Çünki onun gəliri məndən daha çoxdur. Səsyazma studiyasında özüm oxuduqdan və Günayın ifasını lentə aldırdıqdan sonra tam rahat şəkildə taşamaçıların ixtiyarına verəcəm. Düşünürəm ki, bu duetimizdə heç kim qüsur tapmayacaq".
Teymur Əmrahın duet oxumaq təklifini qarşı tərəf olan Günay İbrahimlidən soruşduqda, cavabı müsbət oldu: "Sevinirəm ki, Teymur Əmrah kimi sənətkarla birgə duet oxuyacam. İnşallah, tez bir zamanda sözügedən dueti gerçəkləşdirəcəm. Hətta onu da deyim ki, anam Teymur müəllimin səsini çox bəyənir və sənətinə böyük hörməti var".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB