Məhşur müğənni öz görünüşü ilə fəxr edir

Məhşur müğənni öz görünüşü ilə fəxr edir

Türkiyənin məhşur müğənnisi Gülbən Ergen çəkisini azaldıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi 1 aya 8 kiloqram arıqlayıb. Arıqlamağa cəhd edən sənətçi həmkarı Sibel Cana da söz ataraq kök olduğunu söyləyib: "Artıq çəkim hər zaman mənə problem yaradıb. Ancaq su içməklə onlardan qurtuluram. Onu da deyim ki, Sibel Can da nə qədər çalışsa, arıqlaya bilmir".

Qeyd edək ki, Gülben Ergen 2 il bundan əvvəl eyni təyyarədə səyahət etdiyi Sibel Cana "Mən bir nömrəyəm, geridə qalanları isə görmürəm"-demişdi.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə