Türkiyəli ulduzların iştirak etdiyi konsertdə xoşagəlməz hallar yaşanıb. SİA-nın verdiyi xəbərə görə, məhşur ulduz Ajda Pekkan ətrafındakı digər tanınmışlara salam vermədən keçdiyi üçün Bülent Ersoy tərəfindən qınanıb.
Hər kəsə məlum olduğu kimi, Ajda ayaqqabıları çox sevdiyi üçün onlardan ibarət kolleksiya yığır. Buna görə də "Diva" Ajdanın bu hərəkətini lağa qoyaraq onu özündənrazı kimi təqdim edərək bu sözləri dilə gətirib: "Ayaqqabı kolleksiyası yığmaqdansa, Allahın salamını verməyi bacarsın. Mənimlə birlikdə konsertdə Orhan Gencebay da var. Bir sözlə, burada ondan aşağı səviyyəli insan yoxdur".
Nəzərinizə çatdıraq ki, diva Bülent Ersoy konsertdə geyindiyi paltarla hər kəsi təəccübləndirməyi bacarıb. İfaçının libasının üzərindəki yumurta forması ətrafdakılar tərəfindən maraqla qarşılanıb.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB