Meyxanaçı Üzeyir Mehdizadə Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, konsert açıq havada keçirilib. Konsertə 2000 nəfər gəlsə də, 1000 nəfər içəri buraxılmayıb. Buna səbəb konsertin keçirildiyi məkanın 1000 nəfər tamaşaçı tutumuna malik olması olub. Konsertə daxil ola bilməyənlər Üzeyiri istirahət mərkəzinin ətrafından izləməli olublar. Solo konsert zamanı Mehdizadə səhnəni DJ Roshka, meyxanaçı Bəhruz və yumorist Raminlə bölüb. Lənkəranlıları cuşa gətirən, gecəni şouya çevirən isə teleaparıcısı Novruz İsmayıl olub.
Həmin konsertdən çəkilən fotoşəkilləri sizə də təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB