“Öz tayımı tapmadığım üçün indi çox peşmanam”

“Öz tayımı tapmadığım üçün indi çox peşmanam”

Azərbaycanın əməkdar artisti Firuzə İbadova illər öncə qurduğu ailəsindən söz açıb. Bu haqda SİA-ya danışan əməkdar artist ailəsinin bu nigaha narazı olduğunu söyləyib: "İllər öncə normal ailə həyatı qurmadığıma görə, hazırda əziyyət çəkirəm. Evlənəcəyim oğlanı mən seçmişdim. Ailəm narazı idi. Öz tayımı tapmadığım üçün indi çox peşmanam. Doğru addım atsaydım, indi tək qalamazdım".

Əməkdar artist sənət aləmində lazımsız olan insanlardan da danışıb: "Dəyərsiz insanların sayı artıb. Öz qayda-qanunlarını irəli sürdürənlər çoxdur. İmkanım olsaydı, dəyərli olan sənətçilərə layiqincə qiymət verərdim və sənətkarlara mane olan kimlərdisə onları birdəfəlik silərdim".

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə