Meyxanaçı pərəstişkarlarını sevindirəcək

Meyxanaçı pərəstişkarlarını sevindirəcək

Meyxanaçı Üzeyir Mehdizadə sevənlərinə sürpriz edəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı Ramazan bayramı münasibəti ilə solo konsert verəcək. Üzeyir hitləri və yenicə yazdırdığı mahnıları ilə çıxış edəcək. Avqustun 9-u Lənkəran şəhərinin dənizkənarı istirahət mərkəzlərinin birində baş tutacaq konsertdə möhtəşəm lazer şousu və səhərə kimi diskoteka da təşkil olunacaq.

Qeyd edək ki, konsertin aparıcısı məşhur teleaparıcı Novruz İsmayıl olacaq.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə