Arif Qazıyev Günay İbrahimlini kimlərə bənzətdi?

Arif Qazıyev Günay İbrahimlini kimlərə bənzətdi?

Əməkdar İncəsənət xadimi, "Muğam" teatrının direktoru və baş rejissoru Arif Qazıyev müğənni Günay İbrahimlini daha da zirvələrdə görmək istədiyini söyləyib. O, sözügedən ifaçının dahi sənətkarlar Zeynab Xanlarova və Şövkət Ələkbərova kimi sənət göstərməsini arzulayıb. Bu haqda SİA-ya açıqlama verən Arif müəllim, Günaya hər zaman dəstək olacağını deyib: "Günay İbrahimli hər zaman özündən böyük sənətkarlara hörmət edən ifaçıdır. İstərdim ki, Günay xanım gələcəkdə unudulmaz sənətkarlarımızın Zeynəb Xanlarova və Şövkət Ələkbərovanın davamçısı olsun. Biz yaşlı nəsil, Günay İbrahimlinin timsalında olan gənc müğənnilərə bacardığımız qədər dəstək olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə