Məhşur cütlüyün ayrılmaq səbəbi məlum oldu

Məhşur cütlüyün ayrılmaq səbəbi məlum oldu

12 il sevgi macərası yaşayan aktyor Kıvanç Tatlıtuğ və aktrisa Azra Akının ayrılmaq səbəbi məlum olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük tez-tez dalaşırmış. Bunu Azranın atası da təsdiqləyib: "Qızımın Kıvançdan ayrılması məni çox məyus edib. Ancaq hər ikisi üçün doğru qərar, elə bu idi. Çünki səbəbli və ya səbəbsiz yerə mübahisə edirdilər". Aktrisanın anasının isə baş verən məsələyə münasibəti belə olub: "Azra indi çox xoşbəxtdir. Mart ayından uşaqlıq sevgisi ilə birlikdədir".

Qeyd edək ki, 12 il birlikdə olan aktyor Kıvanç Tatlıtuğ və aktrisa Azra Akın tez-tez ayrılsalar da, barışırdılar. Ancaq sonuncu dəfəki ayrılıq tamamilə cütlüyün yollarını ayırıb. Hazırda ikisinin də sevgilisi var.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə