Kərim Abbasov "od püskürür"

Müğənni Kərim Abbasov haqqında yalan danışan insanlardan bezdiyini söyləyib. Bu haqda SİA-ya açıqlama verən Abbasov bunları dilə gətirib: "Dostlarımla Allahın evinə getmişdim. Gecəni məsciddə keçirən zaman, orada nə qədər insanın mənim barəmdə yalanlar uydurduğunun şahidi oldum. Şokda idim. Allahın evi nə vaxtdan qeybət yeri olub? Sadə insanların 80 faizi tanınmış sima görəndə çalışırlar söz atıb, bundan qürurlansınlar. Məhşur biri namaz qılıb, oruc tutanda nədənsə ətrafdakıların gözü götürmür. Bizə böhtan atıb, babal yuyurlar. Başa düşmürlər ki, sənətçilər də müsəlmandır, erməni deyil. Hər dəfə bizi batırmağa çalışırlar. Kim mənim haqqımda nə düşünürsə, Allah ona on qat artığını versin".

Bütün xəbərlər Facebook səhifəmizdə