Bir çox müsabiqələrin laureatı, xanəndə Qoçaq Əsgərovun İtalyada daha bir diski işıq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, Felmay musiqi şirkəti tərəfindən buraxılan toplu "Traditional music of Azerbaijan" adlanır. Bu disk vasitəsilə musiqisevərlər "Şur", "Mahur, muğamı, "Dəşti" təsnifi, "Küçələrə su səpmişəm" və digər xalq mahnı və təsniflərimizi nəinki İtaliyada, bütün dünyada dinləmək imkanı qazanacaqlar. Xanəndə həmin şirkətin diski yüksək tirajla ölkələrə yaydığını deyir.
Qeyd edək ki, bu şirkət müxtəlif ölkələrdə istedadı və uğuru ilə seçilən ifaçılara bu və digər şəkildə dəstək göstərir. Sözügedən şirkət artıq bir neçə dəfə Qocağa yaradıcılıq dəstəyi göstərib. Artıq satışa buraxılan disk, xanəndə və ən başlıcası Azərbaycan və onun musiqisi haqqında Felmay şirkəti rəsmi saytında informasiya yerləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB