Efirdə “ala” ilə danışan müğənni tapıldı

Efirdə “ala” ilə danışan müğənni tapıldı

Azərbaycan estradasının gənc ifaçısı Elnar Xəlilov onu qıcıqlandıran sənətçilərdən söz açıb. O, ifaçı Əli Mirəliyevin danışıq tərzini bəyənmədiyini dilə gətirib. Bu haqda SİA-ya açıqlama verən Xəlilov bunları deyib: "Verdiyim açıqlamaya görə, məni qınaya bilərlər. Ancaq qətiyyən qalmaqal yaratmaq istəmirəm. Sadəcə olaraq şou-biznesdə bəzi baş verən hadisələr məni əsəbləşdirir. Məsələn, Əli Mirəliyevin gənc nəsli "yıxıb-sürüməsi" məni qıcıqlandırır. Ə.Mirəliyev meyxanaçı Üzeyir Mehdizadənin sənətinin olmadığını deyir. Ancaq dünyanın ən inkişaf etmiş ölkəsində yəni Amerikada da küçə ifası var. Hər kəs də normal qarşılayır. Odur ki, Üzeyiri də sevənlər çoxdur. Əgər Əli Mirəliyev gəncləri maarifləndirmək istəyirsə, əvvəlcə efirdə işlətdiyi "ala" sözünə nəzər salsın".

Qeyd edək ki, Elnar Xəlilov "Yeni ulduz" yarışmasının iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə