Məhşur cütlük evləndi

Türkiyənin məhşur aktyoru Alican Yücesoy və aktrisa Melisa Sözen ailə həyatı qurub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük dünən axşam Romada evləniblər. Toyda aktyor və aktrisanın ailəsi, yaxın dostlarından İbrahim Selim, Ece Dizdar, Ezgi Çelik və "Leyla ile Mecnun" serialından isə Serkan Keskin iştirak edib.

Qeyd edək ki, aktyor Alican Yücesoy və aktrisa Melisa Sözen "Şubat" serialında tanış olublar.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə