İfaçı nəs gündə konsert verəcək

İfaçı nəs gündə konsert verəcək

Hazırda Türkiyədə istirahətdə olan müğənni Nadir Qafarzadədən xəbər var. SİA-ya açıqlama verən müğənni bildirib ki, sentyabrın 13-də Yaşıl Teatrda "Sən mələksən" adlı solo konsert verəcək: "Ötən gün təşkilatçı Nahid Emiloğlu ilə danışdım və belə qərara gəldik ki, sentyabrda konsert verim. Bir neçə il bundan öncə baş tutan solo konsertimi də elə Nahid təşkil etmişdi. Konsert gerçəkləşəcəyi gün nəs günə, yəni 13 rəqəminə təsadüf etməyinə baxmayaraq, gecəmə gələn tamaşaçıları xoş sürprizlər gözləyir. Odur ki, konsertimə gəlməyə dəyər".

Qeyd edək ki, konsertin biletlərini avqustun 2-dən etibarən əldə etmək olar. Biletlərin qiymətləri isə 11 manatdan 33 manata qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə