Türkiyənin yumor ustası Cem Yılmazın səhhətində problem yaşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor gecələr vaxtı-vaxtında yata bilmir. Yuxusuzluğa görə, həkimə müraciət edən aktyorun buna səbəb kimi çəki problemi yaşaması göstərilib.
Nəzərinizə çatdıraq ki, aktyor Cem həyat yoldaşı Ahu Yağtu və 1 yaşındakı oğlu Kemal ilə Bodrumda istirahət edərkən bu problem ortaya çıxıb. Öz şəkillərini mətbuatda görən aktyor görünüşündən də çox məyus olub. Buna görə də idmanla məşğul olmağa başlayıb.
Qeyd edək ki, aktyor Cem Yılmazın çəkisi 110 kiloqramdır. Yeni çəkmək istədiyi filmini isə kilolarına görə hələlik dayandırıb.
Həmin fotoları sizlərə təqdim edirik:




Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB