İfaçı oğluna mahnı həsr etdi

"Azəri star" müsabiqəsindən tanınan müğənni Günel Məhərrəmova yeni mahnı yazıb. Bu haqda SİA-ya sənətçinin meneceri Məmməd Məhərrəmov məlumat verib: "Günel yeni mahnısını oğlu Əliyə həsr edib. Sözləri və musiqisi müğənninin özünə məxsusdur. Mahnı "Əli balam" adlanır. İfaçı sözügedən bəstəni tezliklə tamaşaçıların ixtiyarına buraxacaq".

Qeyd edək ki, mahnının aranjimanı Rəşad Bağırova aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə