Günay yaradıcılığında ilkə imza atacaq

Günay yaradıcılığında ilkə imza atacaq

Azərbaycan estradasının çalışqan müğənnisi Günay İbrahimlinin albomu işıq üzü görəcək. Bu haqda SİA-ya Günayın özü məlumat verib: "Sentyabr-oktyabr aylarında albomum və saytım ərsəyə gələcək. Bildiyiniz kimi mənim albomum yoxdur. Sentyabr ayında işıq üzü görəcək albomum ilkdir. Sözügedən albomumu satışa da buraxacam. Onu da deyim ki, Azərbaycanda o qədər də disk satılmır. Lakin buna baxmayaraq, yeni albomu ortaya çıxarmaqda qərarlıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə