Türkiyənin "Meqastar"ı Tarkana "Ramazan bayramı"nın 1 və 2-ci günləri Azərbaycanda çıxış etmək təklif olunmuşdu. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı ona edilən təklifi qəbul etməyib. Antalyadakı otellərdən birində və Azərbaycandakı çıxışından 1 milyon dollar pul qazanacağı deyilsə də, sənətçi istirahəti vacib tutaraq konsert təklifini rədd edib.
Qeyd edək ki, müğənni Tarkan anası Neşe xanımla birlikdə İngiltərədəki evində istirahət edir. Bayramda isə İstanbula qayıdacağı deyilir.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB