Yenidən boşanır

Türkiyənin tanınmış müğənnisi İşın Karaca həyat yoldaşı Sedat Doğandan boşanır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı həyat yoldaşından dost kimi ayrılmaq istədiyini dilə gətirib: "Boşanmağımıza səbəb üçüncü şəxs deyil. Dava-dalaş olmadan mədəni şəkildə ayrılmaq istədik. Qızım Sasha Mianın və ailəmizin baş verənlərdən ziyan çəkməməsi üçün dost kimi ayrılmağa qərar verdik".

Qeyd edək ki, keçən il müğənni İşın Karaca həyat yoldaşı Sedat Doğanın ona xəyanət etdiyini öyrənəndə ayrılmaq istəmişdi. Lakin məhkəmədə Sedat həyat yoldaşını çox sevdiyini və boşanmaq istəmədiyini dilə gətirmişdi. İfaçı da Sedatı bağışlamışdı. Ancaq sənətçi həyat yoldaşına üçüncü şans verməyəcəyini xüsusi ilə vurğulamışdı.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə