Məhşurların məhşur sirrləri FOTO

Məhşurların məhşur sirrləri FOTO

Məhşur simaların hamıdan gizlətdiyi sirrləri məlum olub. Onları SİA oxucularına təqdim edirik:

Müğənni Yıldız Tilbe 1996-cı ildə narkotik maddədən istifadə etdiyinə görə həbs edilib. İfaçı bir müddət xəstəxanada müalicə aldığını təsdiqləyib.

Oscar mükafatı almış məhşur aktrisa Çarlz Teron gənclik illərində keçirdiyi pis hadisəni uzun müddət unuda bilməyib. Aktrisanın sərxoş atası 21 iyun 1991-ci ildə içkili vəziyyətdə evə gələrək qızının otağına silahdan atəş açıb. Bunu eşidən anası Gerda isə həyat yoldaşını silahla öldürüb. Charlize baş verənlərə görə anasına haqq qazandırıb. Onun sözlərinə görə, əgər bu hadisə aktrisanın qızının başına gəlsəydi o da həmin hərəkəti edərdi.

Müğənni Deniz Seki 2009-cu ildə narkotik maddəni istifadə etdiyinə və başqasına verdiyinə görə həbs edilib. Məhkəmədə isə ifaçı bu sözləri dilə gətirib: "Son vaxtlarda çox pis vəziyyətdə olduğum üçün narkotikdən istifadə etdim. Çox peşmanam. Günahım yalnız narkotikdən istifadə etməkdir. Heç kimə bu maddəni satmamışam".

Aktyor Münir Özkul isə bütün narkotik vasitələrdən istifadə edib. Aktyor bu maddədən istifadə etməsinin səbəbini açıqlayıb: "Deyəsən, özümü axtarırdım. Sən demə, mən elə burdaydım".

Amerikalı aktrisa Makenzie Filips keçmişinə aid sirrini açıqlayaraq hamını şoka salıb. Aktrisa 10 il atası Con Filips ilə sevgi münasibəti yaşadığını etiraf edib.

Holivudun məhşur aktyoru Morgan Freeman isə öz ögey nəvəsi ilə eşq yaşadığını deyib. Nəvəsi ilə münasibəti 10 ildir ki, davam edir. Hazırda aktyorun nəvəsinin 27 yaşı var.

Türk teatrının ilk qadın aktrisası Afife Jale mütamadi olaraq narkotik maddədən istifadə edib. Bəstəkar Selahattin Pınar ilə ailə qurduqdan sonra da bu vərdişindən imtina edə bilməyib və sözügedən maddəyə görə dünyasını dəyişib.

Aktyor Caner Kurtaran da kokain istifadə etdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. 2 il həbs cəzası gözlənilən aktyor yenidən kokain istifadə etdiyi üçün xəstəxanaya yatırılıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə