Təşkilatçı Nahid Emiloğlu müğənniləri tənqid edib. O, sosial şəbəkədə Azərbaycan sənətçilərinin solo konsert verməyə hazır olmadıqlarını yazıb: "Sentyabr ayının 1-10 arası müğənnilərin "Yaşıl Teatr"da konsertlərini təşkil edəcəm. Sonra deməsinlər ki, bizim konsertlər təşkil olunmur. Ən az 20 sənətçiyə təklif göndərmişəm. Hələ də hazır olmadıqlarını deyirlər. Görəsən, bunlar nə vaxt hazır olacaq? Maqazin proqramlarında sual verəndə bizə təklif gəlmir, türkləri gətirib burada ciblərini doldururlar deyirsiniz. Məncə, bunlar heç vaxt dəyişilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB