Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək Səxavət Nura həvalə olunub. Konsert "Amburan" istirahət mərkəzində baş tutub.
Xalq artisti ilk olaraq dünya ulduzu Snup Doqla birgə səsləndirdiyi "Coffee from Columbia" duetini ifa edib. Aygün Kazımova Türkiyədən gələn Murat Yetərin musiqi heyətinin müşaiyəti ilə bəstələrini sevənlərinə təqdim edib.
Qeyd edək ki, onu izləmək üçün şou-biznesin tanınmış simalarından, Aygün Kazımovanın qızı İlqarə İbrahimova, müğənni Ayan Babakişiyeva, aparıcılar Azər Şirin, Rüfət Ağayev, Zaur Nəbioğlu, Günel Hümbətova, stilist Nigar İbrahimova və başqaları olub.
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB