Məhşurların heç kimin bilmədiyi var-dövləti SORĞU-FOTO

Məhşurların heç kimin bilmədiyi var-dövləti SORĞU-FOTO

Türkiyənin məhşur simaları haqqında maraqlı araşdırma aparılıb. "Tanınmışların nə qədər sərvəti var?" adlı sorğu keçirilib. Onları SİA oxucularına təqdim edirik:

Müğənni Orhan Gencebay: Baltalimanda villası, Etilerdə 2 ev və villa, Bodrumda villa, Unkapanında ofis, Mercedes və Suziki avtomobilləri, banklarda saysız-hesabsız pullar və başqa mülklərə sahibdir.

Müğənni Sertab Erener və sevgilisi Demir Demirkan: İpoteka və inşaat sahəsində fəaliyyət göstərən şirkəti mövcuddur. Təkcə inşaatdan qazancları aylıq 60 min manatdır.

Aktrisa Tuba Büyüküstün: Serial və filmlərdən qazandığı pullarını "Baykon Endüstriyel Tartım Sistemləri" və "İstron Elektronik Texnologiyaları" adlı 2 şirkətə yatırıb. Valideynləri ilə birlikdə qurduğu şirkətin xaricdə də açılmasına nail olub. Hazırda Dubay və Suriyada da sözügedən şirkətləri açmaq fikrindədir.

Aktyor Necati Şaşmaz qardaşı Naci Şaşmaz: 2 qardaş birlikdə Bolunun Gerede kəndində böyükbaş heyvan ticarəti ilə məşğul olacaq. Aktyor həmçinin həmin yerdə illər əvvəl taxta fabriki də açıb.

Müğənni Mirkelam: 40 dənə benzindoldurma məntəqəsi var.

Müğənni İbrahim Tatlıses: "Mənim nələrə sahib olduğumu öz dilimdən öyrənin. Seyrantəpədə 1.5 hektar torpaq sahəsində kabab restaranım, Tatlıses şirkətlər qrupumun binası, "By Tatlıses geyim" fabrikim, villalarım, 3 yaşayış binam, otellərim, İstanbulda 5 kabab restaranım, 2 televiziya kanalım və başqa var-dövlətim var".

Müğənni Bülent Ersoy: 2002 model spor Mercedes avtomobil, Marmarisdə bir kənd, benzindoldurma məntəqəsi, 5 dənə inşaat iş maşını, Bodrumda villa, Antalya, İstanbulda 1 yaşayış binası, Fenerbahçedə bir sauna, 700 bin TL dəyərində zinət əşyaları, saysız-hesabsız xəzləri mövcuddur.

Müğənni Hülya Avşar: Sarıyerdə villa, Ayvalıqda bağ evi, zeytun yağı şirkəti, Tarabya Nurol küçəsində 1 bina, Londonda Docklands Canary Wharf şəhərində ən yüksək binanın bir mərtəbəsi, Rivada torpaq sahəsi, 2 cip, 1 avtomobil və bankda böyük məbləğdə pulu mövcuddur.

Müğənni Sibel Can: İstanbulda 50 mənzil, Nakkaştəpədə, Leventdə villa, yarış atı, 1 cipi və başqa avtomobili, bankda saysız-hesabsız pulları var.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə