Əməkdar artist: “Onu müğənni kimi çoxları tanımırdı”

Əməkdar artist: “Onu müğənni kimi çoxları tanımırdı”

Azərbaycanın əməkdar artisti Firuzə İbadova duet ortağı əməkdar artisti Cavanşir Məmmədovdan söz açıb. Firuzə xanımın sözlərinə görə, Cavanşir onunla birgə duet oxuduqdan sonra tanınıb. SİA-ya açıqlama verən əməkdar artist C.Məmmədovun illər öncəki fəaliyyətindən də danışıb: "Cavanşir Məmmədov mənimlə birlikdə fəaliyyətə başlayanda demək olar ki, onu müğənni kimi çoxları tanımırdı. Hər kəs bilirdi ki, o, qarmonda ifa edib, özü də oxuyur. Cavanşir bəy, məndən öncə Nüşabə Ələsgərli və başqa Aygün adlı xanımla çalışırdı. Nüşabə xanım ailə həyatı qurduqdan sonra Cavanşir bəydən ayrılmalı oldu. O, ayrıldıqdan sonra Cavanşir bəylə işləməyə başladım və mənimlə çalışmaq ona böyük uğur gətirdi. Məmmədov mənlə 17-18 il eyni səhnəni bölüşdü və birgə el şənliklərinə qatıldıq. Hazırda Cavanşir Məmmədovla birlikdə duetlərimiz olmasa da, ayrı-ayrı oxuyuruq. Hər ikimizin də özümüzə məxsus tamaşaçı kütləmiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə