İfaçı yenidən vətənə qayıtdı

İfaçı yenidən vətənə qayıtdı

Tanınmış tarzən və müğənni Humay Qədimova yay istirahətinin bir hissəsini Türkiyədə başa vurub. Anası ilə qonşu respublikanı dolaşan Humay xanım dincəlməyə ehtiyacı olduğunu deyib. Bu haqda SİA-ya Humayın özü danışıb: "Hər gün səhnə, studiya, məşq və başqa işlərdən uzaqlaşmışam. Əslində iş məni yormur. Mən günün əksər saatını tarda çalsam yorulmaram. Fasilə edəndə də nəyisə itirdiyimi düşünürəm. Gecə saatlarında belə otağıma çəkilib məşq edirəm. Hazırda Kənan adlı ud ifaçısı ilə duet kompazisiyamız hazırlanır. Onu da deyim ki, bir neçə gün bundan öncə anamla birgə Türkiyəyə getdik. Dəyişiklik oldu və yüksək əhval-ruhiyyədə vətənə qayıtdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə